Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dünyanın ən kiçik və ən gözəl quşları - FOTOSESSİYA
  • Facebook
  • Twitter
  • ► Digər Şəkillər / Maraqlı Məlumatlar
  • Baxis 2 447
  • 3-08-2017, 00:33

Dünyanın ən kiçik və ən gözəl quşları - FOTOSESSİYA

Kolibri dünyada ən kiçik və geriyə uça bilən yeganə quşdur. Daha çox Kanadanın cənubundan Cənubi Amerikanın cənub qurtaracağına qədər olan yerlərdə yaşayırlar. 330-dan çox növü məlumdur. Ən böyük növünün uzunluğu cəmi 22 sm-dir. Ən kiçik kolibrinin uzunluğu isə 6 sm, çəkisi 2 qramdır. Növünə bağlı olaraq saniyədə 15-80 dəfə qanad çala bilirlər.

Kolibri uzun dimdiyə malikdir. Dimdiyi vasitəsilə çiçəklərdən şirə çəkərək qidalanır.

Bu möcüzəvi quş yuvasını otlardan hörür. Yuvası qoz böyüklüyündə, yumurtaları isə noxud boyda olur. Əgər hər hansı yırtıcı kolibrinin yuvasına yaxınlaşarsa, cəld havaya qalxıb dimdiyini ox kimi onun gözünə sancır.

Quşlar aləminin ən parıltılı tükləri və ən dəbdəbəli bəzəklərinin bəziləri kolibri quşlarında görülür. Onların lələkləri o qədər gözəldir ki, qiymətli daşa bənzəyir. Günəş işığında lələkləri parıldayır və rəngini dəyişir.

Dünyanın ən kiçik və ən gözəl quşları - FOTOSESSİYA
















































İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ