Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hekayeler

Hekayeler

Hekayeler


Bilirəm sevirsən...Amma məni yox...
-Onun sevdiyi var..
+Heç vecimə də deyil
-Onda gözünün yaşını sil

O, mənə sevdiyindən danışdı...Mən də sevdiyim oğlanı dinlədim...

Kimi sevərsən sev...Mənim qədər sevəni tapmayacaqsan..

Səni sevən çoxdur...Bilirəm...Amma mağazadakı bahalı bir ayaqqabını da sevən çox olur...Ona isə ancaq çox çalışan sahib olur...Kimi uzaqdan baxır, almağa pulu yoxdur...Kimi hazır puluyla alır...Amma tez bezir, geyinib tullayır..Kimi isə gecə-gündüz çalışır, canı bahasına da olsa əlindən gələni edir və o ayaqqabını alır...İndi başa düşdün...

Kimi sevirsən ey sevdiyim....

Bilirəm sevdiyin var...Bəlkə də sevgilin var..Hər gün danışdığın, görüşdüyün biri var...Ya bəlkə sən də mənim kimi sevdiyinə uzaqdan baxırsan...Qarşılıqsız sevirsən bəlkə sən də kimisə...Amma bilirəm sən də sevirsən...Və məni sevmədiyini də bilirəm...Kimi sevirsən? Kim girməyi bacarıb mənim girə bilmədiyim qəlbinə? Kimi layiq bilmisən sevginə? Kim üçün axıdırsan gözyaşlarımı? Kimə görə bağlamısan qəlbinin qapısını? Çoxmu gözəldir? Kimə bənzəyir hə? Səni sevir? Çoxmu sevir? De bilim heç olmazsa...Sevdiyimin sevdiyini mən də tanıyım...De ki, ona sənə yaxşı baxsın..De ki, ona səni fikirli görsəm, hüzünlü görsəm ondan bilərəm...Mənim baxmağa qıymadığım gözlərini ağlatmasın...Mənim görməyə doymadığım gülüşünü öldürməsin...De ki, ona səni məndən də çox sevsin...Bacarar? Edə bilər bunu? Səni mənim qədər sevə bilər? Sənə mənim kimi uzaqdan baxa bilər? Sevə bilər səni ? Günlük yox, aylıq yox bir ömürlük sevə bilər səni? Mənim sənə baxdığım kimi baxa bilər sənə? O an gözləri mənim gözlərim kimi parlaya bilərmi? Qəlbi yerindən çıxacaqmış kimi döyünərmi?

Amma razıyam mən...Kimi sevirsən sev..Yetər ki, xoşbəxt ol...Sevdiyinlə birlikdə...
Sən xoşbəxt ol, inan onda mən də xoşbəxt olacam...








Inara от 30 aprel 2016 20:14
cox sagol xeber ucun
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ