Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yeni il Təbrik Mesajları 2017

Yeni il Təbrik Mesajları 2017

Yeni il Təbrik Mesajları 2017



2017-ci İlin Ən Gözəl Saatları Sizlərlə Olsun, Tək Dərdiniz Xoşbəxtlik Olsun...

Hər Yeni İl təzələnilən ümidlərin, çoxalan sevgilərin xəbərçisidir. 2017 ili də belə olsun amma həmişə gözəl olsun. Neçə belə illərə...

Ho ho ho! Yeni İliniz Mübarək! Yepyeni bir ilə sevgiylə, sevənlərinlə, sevdiklərinlə xoş gəldin de!


2017-ci ilə girəcəyimiz bu günlərdə istədiyiniz hər şeyin reallaşması diləyiylə. Yeni ildə hər yeni gün bir əvvəlki gündən daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun! Yeni İliniz Mübarək!

2016 ili ağrılarımızla, sevinclərimizlə geridə qalır. 2017 daha çox ümid, daha çox sevinc, daha çox xoşbəxtlik gətirsin. Həyatında gözəl illər, xoşbəxt sabahlar, gerçək dostluqlar həmişə səninlə olsun. Yeni ilin sənə və bütün sevdiklərinə sağlamlıq, xoşbəxtlik, sevinc, müvəffəqiyyət, bolca pul, sevgi və hüzur gətirməsini diləyirəm. Xoş İllər!


Bunu unutma: Hər şeyin yox olduğunu düşündüyün anda, gələcək hələ yerindədir. Yeni il gələcəyin ilk addımıdır. İlk addımın sənə uğur və xoşbəxtlik gətirsin. Yeni İlin Mübarək!

Hər kəs bir başqasına kömək etsəydi, hər kəsin işi görülmüş olardı. Yeni il paylaşmalarımızın ili olsun. Xoşbəxtlik, sağlamlıq və sevinclər gətirsin. Yeni İliniz Mubarək!


Harada həyat varsa, orada ümid də vardır. Yeni ildə bütün ümidlər və müvəffəqiyyətlər sizinlə olsun. Yeni İliniz Mubarək!

Hər yeni il bir başqa gözəldir. 2017 yeni il sizlərə həyatınız boyunca unuda bilməyəcəyiniz gözəlliklər yaşatsın. Yeni İliniz Mübarək Olsun!

Rəbbimiz bu yeni ili bütün İslam aləmindəki qardaşlarımıza hər anını ən gözəl şəkildə qiymətləndirməyi və hər gününü razı olacağı əməllərlə yaşamağımı nəsib etsin.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ