Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Əgər 3 dəfə desə...
Əgər 3 dəfə desə...
loading...
Əgər 3 dəfə desə...



Quranın nəzərinə görə fəcrdən əvvəl ayağa qalxmaq ən fəzlətli zamanlardan hesab olunur. Bu, elə bir fəzilətli zamandır ki, bu zamanda edilən ibadətlər və dualar Allah tərəfindən qəbul olunar.

Qurani-Kərim buyurur: "Ey libasına bürünmüş. Gecə - az bir hissəsi istisna olmaqla - (namaz və ibadət üçün) ayağa qalx!". ("Muzzəmmil" 1-2).

"Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir". ("Muzzəmmil" 6).

İmam Cəfər Sadiq (ə) bu ayə barəsində buyurur ki, ayədə məqsəd o kəsin ayağa qalxmasıdır ki, Allahdan savayı niyyəti və qəsdi yoxdur. İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurur ki, bu ayələrdə gecə vaxtı ayağa qalxmaq dedikdə, gecə namazı üçün qalxmaq nəzərdə tutulur. (Tebyan)

Ayətullah Cavad Amuli bu ayələr haqqında buyurur: "6-cı ayədə adı çəkilən gecə vaxtında o nəzərdə tutulur ki, sən gündüz vaxtı çox işlərlə məşğul olursan. Ancaq gecə sənə mane olan olmadığı üçün, danışığın daha düzgün və möhkəm olar".
Bu ayələrin xitab etdiyi insan - Həzrət Peyğəmbər (s) olmuşdur. İmam Sadiq (ə) buyurur ki, gecə namazı Peyğəmbərə (s) vacib buyurulmuşdu.

Həzrət Peyğəmbər (s) buyurur: "Üç dəstə İblisin (vəsvəsələrindən) və ordusundan pakdır: 1. O kəslər ki, Allahı yada salırlar. 2. O kəslər ki, Allah (əzabının) qorxusundan ağlayarlar. 3. O dəstə ki, gecə vaxtı istiğfar edərlər".
Əhli-Beytdən (ə) nəql olunur: "Agah olun, Allahın salamları gecə əhlinin halına və gecə üzr istəyənlərin halına şamil olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, Allah Təala gecə vaxtı istiğfar edənlərin səsini sevər".
İmam Sadiq (ə) buyurur: "Hər kim pis iş görərsə, ona 7 saat möhlət verilər. Əgər 3 dəfə desə: "Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qəyyum", ona bir şey yazmazlar".


loading...
loading...
(səs: )
Şərhlər: 3
Baxılıb: 0
PAYLAŞ
loading...
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Prinsesa
Hamisin oxudum cox maarqli idi inwaAllah Allahimin sevimli qullardan biri men olaram
26 февраля 2016 16:07
# 1
Offline
SENINEM
maraqli idi heyatim saol ellerin agrimasin senin sayende bizde bezi weyler oyrenirik ....
28 июля 2016 22:56
# 2
yoxduu
Offline
MeLeK
ALLAH RAZI OLSUN. ..TESEKKUR EDIREM PAYLASDIGIVIZ UCUN
24 сентября 2016 13:30
# 3


Foto.Lunar.az
Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Reklam
Xəbər lenti HAMISI

Musiqi HAMISI

HAMISI Ən çox oxunanlar

Reklam
loading...
Səsvermə
 

Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


 
 

Рейтинг@Mail.ru

Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!