Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dünya

Dünya

Dünya



Mövlanaya görə, dünya insanı maddi həyata əsir edən, ruhunu yüksəlməyə qoymayan ünsürdür: - Dünya insanın can düşmənidir. Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan, lakin həqiqətdə sehrbaz bir qarıdır. Ona aşiq olan zəhərdən şərbət içər. Dünyaya tapınan insan aləmin sultanı olsa da, ölüdür. Könlünü dünyaya verən bir tikə çörəyə imanını satan kimidir. Mövqe hərisliyi və dünya xoşbəxtliyi arxasınca qaçanlar nəfsinə məğlub olmuşlar. Dünyaya belə aşiq olanlar divarda əks edən işığın günəşdən gəldiyini görməyib divara aşiq olanlar kimidir. İşıq qaynağı olan günəşi inkar edib divara könül verənlər işıq günəşə qovuşduqda əbədi olaraq ziyanda qalarlar. Dünyaya möhkəm sarılan insan quşu buraxıb kölgəsini ovlayan ovçu kimidir. Sərmayasi yoxdur. Müflisdir. Bu aləm fani oldu, sabit aləmi axtar. Surətin heç oldu mənaya sığın. İlk aləm imtahan aləmi, ikinci aləm də insanların etdiklərinin əvəzini görmə aləmidir. Dünya nədir? Allahdan qafil olmaqdır. Yoxsa parça, pul, ticarət və qadın dünya deyildir. Din yolunda sərf etmək üçün qazandığın mala Peyğəmbərimiz ( səlləllahu əleyhi və alihi vəsəlləm ) " Nə gözəl maldır " demişdir.









LoVe Fire от 12 yanvar 2016 22:58
Maraxli idi canim paylawdigincun sagol Allah razi olsun.
--------------------
Esgeroov
Esgeroov от 25 fevral 2016 21:45
Ezyet Cekmisiz Beyendim Elnize Saliq
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ