Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Dəridə çillər - Bəs nə etməli?!
Dəridə çillər - Bəs nə etməli?!
loading...
Çil - dəridə qəhvəyi rəngdə olan piqmentləkələridir. Adətən saçlarının rəngi açıqolan adamlarn üzündə əmələ gəlir və ailəvi xarakter daşıyır. Çillər gün şüalarına qarşı həssas olurlar, belə ki, yaz-yay aylarında daha da artıb çoxalırlar. Yay günlərində piqmentləşmə daha sürətli getdiyinə görə çillərin rəngi mövsümə uyğun olaraq tündləşir. Buna görə də yay gəlməmişdən əvvəl ehtiyyat tədbirləri görmək lazımdır. Həkimlər yay aylarında çillərinin sayı artan adamlara vitamin C qəbul etməyi məsləhət görürlər. Çünki vitamin C tirozin mübadiləsində iştirak edir. Tirozin isə epidermisin melanogenezində birbaşa iştirak edir. Həkimlər yay aylarında bədənininin bütün hissəsi çillənən adamlara dərisini örtən paltar geyməyi və günorta saatlarında evdən bayıra çıxmamağı tövsiyə edir. Dəridə çoxlu sayda çillərin olması dəri xəstəliyinin əlaməti sayılmır. Bu sadəcəolaraq piqmentasiyadır.Çillərdən xoşlanmayan adamların dərisindən bu piqment ləkələrini təmizləməyə az da olsa nail olmaq olur.

Bunun bir-neçə üsulu var:

1. Dərinin piqment ləkələri olan qatının soyulması. Bu zaman piqment ləkələri tamamilə yox olmur, amma azalır.
2. Piqment ləkələrinin müxtəlif üsullarla ağardılması.Piqment ləkələrini aparan vasitələrə 5%-li hidroxinon mazı, hidrogen perekis məhlulu, 10%-li sirkə məhlulu, 1%-li hidrogen xlorid məhlulu, limon şirəsi, xiyar şirəsi aiddir.

Dərinin ağardılması üçün 10-20%-li rezorsin məhlulundan daistifadə edilir. Nəzərinizə çatdırmaq istəyirəm ki, yuxarıda adı çəkilən vasitələrdən kosmetoloji kabinetlərdə istifadə edəsiniz. Çünki özbaşına aparılan müalicə sizin dərinizi korlaya bilər. Dərisində piqment ləkələri olan adamlar ağardıcı vasitələrdən istifadə etməklə ləkələrin rənginin tonunu azalda bilirlər. Dəri ağardıcı kremlərdən axşamlar istifadə edilsə, daha məqsədə uyğun olar. Bəzi mütəxəssislər üz dərisində olan piqment ləkələrinin endokrin sistemin, qaraciyər xəstəliklərinin olması ilə əlaqələndirirlər. Lakin bu fikir tibbdə öztəsdiqini tapmayıb.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 399
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!