Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Üzdəki məsamələri daraldan MÖCÜZƏVİ MASKALAR

Üzdəki məsamələri daraldan MÖCÜZƏVİ MASKALAR

Məsamələr dərinin xaricdən nəfəs almasını təmin edən hüceyrələrdir. Onlar dolduqda dəridə çirklənmələr meydana gəlir və dərinizdə dəlik-deşik bir görünüş yaranır. Bu pis görünüşün olmaması üçün məsamələri daraltmaq lazımdır. Lunar.az bununla bağlı sizə faydalı məsləhətlər verir.

Dəridəki məsamələr niyə genişlənir?

Məsamələr sağlıqlı şəkildə nəfəs aldıqda, dəri daha parlaq və canlı olacaq. Buna görə məsamələr tıxalı qalmamlı və mütləq təmizliyinə diqqət edilməlidir. Dəri tipinizə uyğun vasitələr istifadə edərək, mütəmadi olaraq təmizlədiyiniz təqdirdə məsamələriniz açılmayacaq.

Məsamələri sıxlaşdırmaq üçün üsullar

Limon suyu

Limon suyu məsamələrin daraldılması üçün istifadə edilən ən təbii nemətlərdən biridir. Limon suyu məsamələri daraltmaqla yanaşı, onları təmizləməyə də kömək edir. Limonu birbaşa məsamələrin üzərində gəzdirərək onların daralmasına nail ola bilərsiniz.

Buz

Buz soyuq bir tətbiqetmə vasitəsi olduğu üçün dəridə şok təsiri yaradır. Dərinizin üzərində buz gəzdirərək, onun daralmasına şərait yaradarsınız.

Ölü dəriləri təmizləyin

Dərinizin üzərində yaranan ölü dərilər məsamələrin açılmasına səbəb olar. Dəriyə mütəmadi oalaraq tətbiq olunan skrab və dəri təmizləmə üsulları dəri üzərindəki ölü dərilərin təmizlənməsinə kömək edə bilər. Buna görə dərinizdəki ölü dəriləri ən az həftədə bir dəfə təmizləyərək məsamələri daraldın.

Dəriyə uyğun ton

Dərinizə uyğun qulluq vasitələrini seçərək, təmizləyici toniklər istifadə etmək məsamə daraltma üsullarının ən faydalıları arasında yer alır. Daim təmizlənən dəri və dəri tipinizə uyğun toniklər məsamələrin sürətli şəkildə sıxlaşmasını təmin edir.

Bundan başqa evdə tətbiq edə biləcəyiniz üsullarla da məsamələri daralda bilərsiniz.

Gil maskası

Gil məsamə daraldıcı təsiri ilə bilinir. Gil maskasını həftədə ən az bir dəfə tətbiq etmək məsamələrinizin daralmasına kömək edər.

2 yemək qaşığı gil
1 yemək qaşığı zeytun yağı
1 yemək qaşığı limon yağı
Mineral su

Necə hazırlanır?

Bütün ləvazimatları mineral suyun içərisinə tökün və yaxşı qarışdırın. Daha sonra qarışımı dərinizə sürtün, 15 dəqiqə gözləyin. Sonra ilıq su ilə yuyun.

Bal-limon maskası

Bal-limon maskasını həftədə bir dəfə tətbiq edərək, məsamələrinizi daraldacaqsınız.

1yemək qaşığı bal

2 yemək qaşığı limon suyu

Hazırlanması:

Bunları bir qabın içərisində qarışdırın. Maye formasına gəldikdə, üzünüzə sürtün. Dəriniz dartılmağa başlayanda deməli, maskanın yuyulma zamanıdır. Bu zaman ilıq su ilə dərinizi durulaya bilərsiniz. Bu maska dərinizdə tonik təsiri yaradacaq.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ