Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Asan hazırlanan saç maskası

Asan hazırlanan saç maskası

Asan hazırlanan saç maskası




Bir qadının ən əhəmiyyətli aksesuarlarından biri də saçlarıdır. Gözəl görünən, parlaq və həcmli saçlar bütün qadınların xəyalıdır. Bunun üçün saçlara nizamlı olaraq baxım etmək lazımdır. Saç baxımı üçün ustalar, ya da bahalı saç baxım məhsullarının yanında evdə edilə bilinəcək təbii saç maskalarıyla də sağlam saçlara sahib ola bilərsiniz.


Asan hazırlanan saç maskası
Yumurta maskası
1 yumurta (uzun saçlar üçün 2 yumurta)
1 su stəkanı süd
2 yemək qaşığı zeytun yağı
1 ədəd limon


Hazırlanması:
Əvvəlcə yumurtanın sarısı və ağı ayrılır. Saç tipi quru isə yumurtanın sarısı, yağlı isə ağı istifadə edilir. Ardından süd və zeytun yağı da əlavə olunaraq çırpılır. Son olaraq limon da sıxılaraq qarışığa əlavə olunur. Qarışıq saç köklərindən başlanaraq uclara doğru çəkilirvə 10-15 dəqiqə saxlanılır. Daha sonra saçı ilıq suyla yuyaraq yaxşıca durulandığından əmin olmaq lazımdır.

Yumurta çox faydalı bir qidadır. Saç köklərini qidalandırır, parlaqlıq verir, saçların tökülməsinin və qırılmasını mane olur. Bundan əlavə maskaya qatılan limon suyu da saç dərisini rahatlaşdıran bir təsirə malikdir.
Qatıq maskası

Yarım su stəkanı qatıq

1 çay qaşığı alma sirkəsi

1 çay qaşığı bal

Hazırlanması:

Bütün ərzaqlar bir qabın içərisində yaxşıca qarışdırılaraq saç diblərindən uclara doğru çəkilir. Maska saçda 15-20 dəqiqə saxlanılaraq isti su ilə durulanır.

Qatıq güclü bir antioksidandır. Tərkibindəki vitaminlər, zülal və kalsium sayəsində olduqca qidalandırıcıdır. Saç dərisindəki yağı və nəmi tarazılayır. Maska üçün təbii qatıq istifadə edilməlidir.

Asan hazırlanan saç maskası
Banan maskası
2 ədəd banan
1 çay qaşığı hindistan qozu yağı
1 yemək qaşığı bal
1 yemək qaşığı zeytun yağı


Hazırlanması:
Bananlar yaxşıca əzilərək püre halına gətirilir və digər bütün ərzaqlarda əlavə olunaraq qarışdırılır. Yaxşıca qarışdırılan maska masaj edilərək bütün saça çəkilir və 5 dəqiqə saxlanılır.Sonra ilıq suyla durulanılır.

Banan qida dəyərləri baxımından olduqca zəngin bir meyvədir. Bu görə saçlar üçün də çox faydalıdır. Tərkibində təbii yağlar saxlayan banan, saçların qırılmasını və tökülməsinin qarşısını alır. Saçları nəmləndirərək sağlam görünməsini təmin edir.

Bu maskalarla bərabər müxtəlif yağlarla da saçları qidalandırmaq lazımdır . Baxımları gecikdirmədən təkrarlanan halına gətirmək və sağlam qidalanmaq olduqca əhəmiyyətlidir. Bundan əlavə saçlar tez-tez yuyulmamalı və fendən az istifadə edilərək təbii qurudulmalıdır.








Xanimcik от 24 sentyabr 2016 18:59
elebil yemek hazirlayirik
tewekkurler xebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ