Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ağardıcı üz maskaları - RESEPTLƏR

Ağardıcı üz maskaları - RESEPTLƏR

Ağardıcı üz maskaları - RESEPTLƏR


1. Hərəsindən 1 xörək qaşığı olmaqla 6%-li sirkə və limon suyu qarışdırılır, üzərinə 23 xörək qaşığı steril su əlavə olunur. Əgər dəriniz qurudursa qarışıma bir miqdar qlıserin əlavə edə bilərsiniz.

2. Cəfəri əzilir suyu çıxarılır və eyni miqdarda çiy süd əlavə olunub qarışdırılır. Hər gün bu qarışım üzə sürtülür və 15 dəqiqə sonra soyuq su ilə yuyulur.

3. Xiyar sürtkəcdən keçirilir, suyu sıxılır və hər gün üzə çəkilir.

4. Hər gün yatmazdan əvvəl üzə qatıq sürtülüb 15 dəqiqə saxlanılıb, ilıq su ilə yuyulur.

5. Quru maya suda isladılır,.üzə sürtülüb 10 dəqiqə sonra yuyulur.

6. 2 xörək qaşığı zəncirotu çiçəkləri suda 3 dəqiqə qaynadılır, hər gün üzə çəkilir.

7. Bir neçə damcı 3%-li hidrogen peroksid, az miqdar təraş kreminin üzərinə damızdırılıb qarışdırılır və üzə çəkilir. 5 dəqiqə sonra ilıq su ilə yuyulur.

8. Boyat çörək suya qoyulur. Şişdikdən sonra nazik təbəqə şəklində üzə çəkilir və 20 dəqiqə sonra yuyulur.

9. 1 xörək qaşığı qıcqırmış qatığa 1 çay qaşığı qlıserin əlavə edilib üzə yaxılır və 20 dəqiqə sonra ilıq su ilə yuyulur.

10. Qara qarağat əzilib suyu sıxılır və üzə çəkilir.

11. Pomidorun təzə sıxılmış suyu pambıq vasitəsilə üzə sürtülüb 15 dəqiqə sonra yuyulur.

Əgər üzünüzün dərisi qurudursa ağardıcı maskalar dərinizin quruluğunu bir az da artıra bilər. Bunun qarşısını almaq üçün maska tətbiq olunduqdan sonra dəriyə qliserin və ya yumşaldıcı uşaq kremi çəkmək olar.








SENINEM от 16 iyul 2016 09:40
coxx maraqli geldi istifade edecem saol canim xeber ucun wink
--------------------
yoxduu
Prinsesa от 16 iyul 2016 20:26
Ehtiyacım yoxdu çox sağol )
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ