Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qatıqdan istifadə edərək müxtəlif üz maskaları hazırlayın

Qatıqdan istifadə edərək müxtəlif üz maskaları hazırlayın

Qatıqdan istifadə edərək müxtəlif üz maskaları hazırlayın


Qatıq, bir çox qida ilə qarışdırıldığında üzünüzdə möcüzələr yarada biləcəyiniz, möcüzəvi bir nemətdir. Dərinizə nizamlı olaraq tətbiq etdiyiniz qatıq maskaları ilə yaşlanmağı gecikdirə bilər, sağlam və işıltılı cildlərə sahib ola bilərsiniz. Ancaq diqqət yetirməyiniz lazım olan bir mövzu var; maskalarınız üçün təbii qatıq istifadə etmək!

Budur qatıq ilə asanca edə biləcəyiniz üz maskaları:

Sadə qatıq

Yatmazdan əvvəl 15 dəqiqə boyunca tünd halqalar üzərinə incə bir təbəqə halında tətbiq edin. Təsirli ağartma xüsusiyyətləri səbəbiylə, qatıq bir həftə içində qəti nəticələr gətirəcək.

Limon suyu və qatıq

Qatıq yaşlılıq və ləkələr üçün olduqca təsirlidir. Limon suyu və qatıq köməyi ilə bir üz maskası hazırlayın və üzünüzdə ləkə olan bölgələrə tətbiq edin.

Zeytun yağı və qatıq

Zeytun yağı ilə qatıq qarışdırın üzünüzə maska edin, qırışıqlıqları azaldar və yaşlanma əlamətlərini gecikdirmədə köməkçi olar. Bu maska dərisinin tez yaşlanmasının qarşısını almaq istəyənlər üçün ideal bir həll olacaq.

Banan, bal və qatıq

Banan, bal və qatıqdan ibarət olan bir qarışıq hazırlayın. Qarışığı dərinizə sürtün və təxminən 25-30 dəqiqə qədər gözlətdikdən sonra soyuq su ilə yuyun. Bu maska, dərinizi sallanmasını önləyəcək və daha gərgin (sıx) edəcək.

Xiyar və qatıq

Ölü dəri hüceyrələrindən xilas olmaq üçün, xiyar və qatıq ilə bir maska hazırlaya bilərsiniz. Xiyarı rəndələyin və bir qab içərisində qatıq ilə qarışdırın. Təxminən 15 dəqiqə gözlədikdən sonra dərinizi yuyun.

Çoban yastığı yağı və qatıq

Çoban yastığıyla təbii qatıq əlavə etdiyinizdə, bir çox faydalı qarışığa çevirə bilərsiniz. Qatığa əlavə edəcəyiniz yarım çay qaşığı çoban yastığı yağı yoldaşlığında hazırlanan bu maska, hamar və ipək kimi bir dəriyə sahib olmanızı təmin edəcək.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ