Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Hər iki qadından birində bu xəstəlik var: Sadə MÜALİCƏ ÜSULU
Hər iki qadından birində bu xəstəlik var: Sadə MÜALİCƏ ÜSULU
loading...
Orta yaşlı qadınlar arasında hər ikincisi bu xəstəlikdən - stressli inkontinensiyadan əziyyət çəkir. Belə qadınlar öskürəndə, güləndə və ya hansısa bir sərt hərəkət edəndə sidiyi saxlaya bilmir. Lunar.az ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrahı, mama-ginekoloq Nigar Allahverdiyevanın bu haqda fikirlərini təqdim edir. Həkim deyir ki, hazırda bu xəstəliyə tez-tez rast gəlinir:

- Bunu hardasa sosial problem kimi də qəbul etmək olar. Çünki müasir qadınların həyatında çox çətinliyi var. Lakin bu, əsasən anotomik problemdir. Anadangəlmə qüsur da ola bilər, uretranın (sidik kanalının) uzunluğundan irəli gələ bilər. Bundan əlavə, digər funksional çatışmazlıqla da əlaqəli ola bilər.

Xəstəliyin yaranmasının ən əsas səbəblərindən biri travmatik doğuşlar, həmçinin qadının aldığı ağır zədələrdir. Ağır yol qəzaları və yaxud hansısa bir çanağında zədəyə səbəb olan qəzalar səbəbilə yaranır. Buna görə belə halın yaranması əsasən qadının yaşadığı həyat tərzindən asılıdır. Məsələn, ağır işdə işləyən xanımlarda xəstəliyə tez-tez rast gəlinir. Travmatik faktordan başqa ağır çəki, klimekterik dövr və hormonal çatışmazlıq nəticəsində yarana bilər.

- Stressli inkontinensiya xəstəliyinin diaqnozu hansı üsulla təsdiqlənir? Yəni ola bilərmi bu hallar müvəqqəti olsun, orqanizmdə baş verən hansısa proseslə bağlı olsun və öz-özünə keçib getsin?


- Sidiyi saxlaya bilməmə ilə bağlı xəstəliyin diaqnozunun qoyulması, bir tərəfdən asandı, amma həm də çətindir. Biz əsasən pasiyentin şikayətlərinə əsaslanaraq xəstəliyin olub-olmadığını dəqiqləşdiririk. Qadınlar deyirlər ki, qaçanda, bərk güləndə, öskürəndə, pilləkənlə çıxanda, asqıranda və s. sidiyin axdığını hiss edirlər. Bu hal adətən 45-50 yaşından sonra müşahidə edilir. Lakin çanaq dibi əzələlərində travma, defekt yaşamış qadınlarda bu xəstəlik cavan yaşlarda da rast gəlinir.
Biz xəstəlikdən şühbələndikdə xəstəni müayinə edir və asan bir test aparırıq. Bundan əlavə, urodinamik müayinə, digər ağır travmaların mövcudluğu halında isə KT və MRT-də xəstəyə baxış aparılır.

- Bəs stressli inkontinensiya hansı yolla müalicə olunur?

- Müalicənin hansı üsulla aparılması problemin funksional, yoxsa anotomik olmasından asılıdır. Funksional pozulmalar (hiperaktiv sidik kisəsi) zamanı əməliyyata ehtiyac olmur və bir neçə ay ərzində monoterapiya ilə, yəni cəmi bir həb qəbul etməklə problem aradan qalxır. Lakin müayinələr nəticəsində xəstədə anatomik defekt aşkarlanırsa, yəni qadın travmatik doğuş keçiribsə, uşaqlıq yolunun sallanması, travması müşahidə olunursa, onda cərrahi üsula müraciət edirik.
Əməliyyat zamanı ilk öncə anatomik quruluş bərpa olunur. Yəni uşaqlıq yolunun sallanması aradan qaldırılır, çanaq dibi möhkəmləndirilir. Rekonstruktiv əməliyyatdan sonra sidik kanalının alt hissəsinə tor şəkilli “meş” adlanan spesifik ilgək qoyulur. Hazırda bütün dünyada bu metoddan istifadə olunur. Bu əməliyyat qarın boşluğu açılmadan aparılır və 99 faiz hallarda uşaqlıq yolu vasitəsilə icra olunur. İlgək qoyulduqdan sonra sidik kanalının diametri, bağları, bir sözlə, anatomiyasını bərpa etdikdən sonra bu problem dərhal aradan götürülür.
Bir məsələni də qeyd edim ki, əməliyyat narkozsuz, yerli anesteziya ilə aparılır və asan keçir. Əməliyyat 30-40 dəqiqə davam edir. Xəstə bir gün xəstəxanada qalır.

- Bəs bu xəstəlikdən qorunmaq üçün hansısa profilaktik tədbirlər varmı?

- Fikrimcə, yetişkən vaxtda analar qızlarına öz əzələlərini bərkitməyi öyrətməlidir. Çünki qadınlarda kişilərə nisbətən qarındaxili təzyiq daha yüksək olur. Və çanaq dibinin anatomiyasını nəzərə alsaq, qadın orqanizmi 5 kq-dan ağır yükü qaldırmağa qadir deyil. Bu zaman əzələlərin elastikliyi pozulur. Ona görə də uşaq vaxtlarından qızları çanaq dibini bərkidən idmana alışdırmaq lazımdır. Bunlar sırasında üzgüçülük, aerobika, fitnessi qeyd etmək olar. İkincisi, mümkün qədər ağır çəkidən qaçmaq lazımdır. Nəhayət, doğuş üçün yaxşı həkim seçməli, doğuşdan əvvəl idmanla məşğul olmaq lazımdır. 50 yaşdan sonra klimakterik dövrdə mütəmadi olaraq ginekoloqa müraciət etmək, düzgün qidalanmaq vacibdir.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 408
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!