Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Asan hazırlanan çiyələkli tart - RESEPT
Asan hazırlanan çiyələkli tart - RESEPT
loading...
Meyvəli şirniyyatı sevməyən yoxdur. Hazırda da yaz fəslidir və meyvələrin ən gözəli və dadlısı çiyələyin fəsli yetişir. Lunar.az ailem.az-a istinadən mətbəxinizdə asan hazırlayacağınız çiyələkli tart reseptini verir.

Lazım olanlar:

150 qram kərə yağı

Yarım stəkan şəkər tozu
1 paket vanil
1 yumurta
2 stəkan un

Kremi üçün:

2 stəkan yarım süd
3 xörək qaşığı nişasta
3 xörək qaşığı şəkər tozu
1 paket vanil
2 xörək qaşığı kərə yağı
1 paket toz krem şanti

Hazırlanması:

Xəmiri hazırlamaq üçün undan başqa bütün ləvazimatları yoğurun. Daha sonra unu içinə yavaş-yavaş əlavə edərək yoğurmağa davam edin.


Hazırlanan xəmirdən parçalar qopararaq, daha əvvəldən yağlanmış kiçik tart qəliblərinin içinə yerləşdirin.

Xəmiri qəliblərin içinə yerləşdirdikdən sonra qabarmaması üçün çəngəllə deşiklər açın.

180 dərəcəlik sobada 20 dəqiqə bişirin.

Bişən tart xəmirlərini soyumaları üçün sərin bir yerdə saxlayın.

Kremin hazırlanması: Qazana sıra ilə süd, nişasta və şəkər tozu tökərək qarışdırın. Qarışım krem formasına gəldikdə içinə kərə yağı tökün və qarışdırmağa davam edin.

Qaynayan kremi ocaqdan götürün və içinə krem şanti töküb çırpın. Alınan kremi tartların içinə sıxın və çiyələklə bəzəyin.

Nuş olsun!


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 169
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!