Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Hər dərdə dərman reyhan şərbətinin HAZIRLANMA QAYDASI

Hər dərdə dərman reyhan şərbətinin HAZIRLANMA QAYDASI

İsti günlərdə sərinləmək üçün sağlıqlı içkilərdən istifadə etmək istəyirsinizsə, reyhan şərbəti tam sizə görədir. Lunar.az faydalı şərbətin asan hazırlanma qaydasını göstərir.

Reyhan şərbəti üçün lazım olanlar:

1 dəstə reyhan
10 çay qaşığı şəkər tozu
3 ədəd mixək
1 ədəd çubuq darçın
İstədiyiniz miqdarda limon suyu
2 litr su

Hazırlanması:

Əvvəlcə reyhanları bir ləyənə qoyun, üzərinə bir neçə damcı sirkə töküb suyun içərisində saxlayın. Reyhanları yaxşıca yuduqdan sonra bir qazanın içərisinə qoyun və üzərinə 1 litr su əlavə edin.

Daha sonra qazanın içərisinə limon suyu, çubuq darçın və mixəyi əlavə edərək, şüşə qapaqla ağzını örtün. Reyhan şərbəti ilk olaraq mavi, daha sonra bənövşəyi, sonda isə qırmızımtıl bir rəng alacaq. Qarışımı 15 dəqiqə boyunca qazanda saxladıqdan sonra içindəkiləri süzərək servis edə bilərsiniz. Servis edərkən içərisinə buz əlavə etmək dadının daha gözəl və sərin olmasını təmin edəcək.

Hazırlanması bu qədər sadə olan bu şərbətin faydaları saymaqla bitmir.

- Baş gicəllənməsinə kömək edir

- Ağız yaralarını sağaldır

- Qəbizliyi aradan qaldırır

- Həzmsizliyə və bağırsaq köplərinə yardımçı olur

- Yağları yandırır

- Sakitləşdirici təsiri var

- Arı sancmalarında təsiri böyükdür

Reyhan şərbətini sadalanan faydalarından yararlanmaq üçün içərisinə şəkər əlavə etmədən səhər, günorta, axşam gündə üç dəfə içə bilərsiniz.

Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ