Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
ZƏRIF PORTAĞAL PIROQU

ZƏRIF PORTAĞAL PIROQU

Bu çox asan və dadlı desertdir.


Piroqu istədiyiniz kimi şokoladla, quru meyvələrlə, qozla və s. ilə bəzəyə bilərsiniz. Həmçinin bu piroqu uzununa 2 hissəyə bölüb arasına istənilən krem vurmaq olar.

Lazım olan məhsullar:

- Un - 250 qr
- Yumurta - 4 dənə
- Şəkər tozu - 150 qr
- Portrağal - 1 dənə
- Vanil - 1 bağlanma
- Qabartma tozu - 2 çay qaşığı
- Kərə yağı - 200 qr

Hazırlanması:

1. Bütün ingrediyentlər ev temperaturunda olmalıdır.
2. Kərə yağı şəkər tozu ilə mikserlə yaxşı qarışdırıl;r.
3. Yumurtaları bir-bir əlavə edirik və yaxşı qarışdırırıq.
4. Sürtgəcin köməyi ilə portağalın qabığını ehtiyatla soyuruq. Yalnız narıncı qabıq istifadə olunur, ağ qabıq acı dad verir.
5. Portağalın şirəsini sıxırıq.
6. Portağalın qabığını və şirəsini yağlı-yumurtalı kütləyə əlavə edirik və yaxşı qarışdırırıq.
7. Unu ayrı qabda ələyirik və qabartma tozu ilə qarışdırırıb əsas kütləyə əlavə edirik.
8. Xəmiri yaxşı qarışdırırıq və xüsusi kağız sərilmiş tavaya qoyuruq.
9. Piroqu 20-30 dəqiqə ərzində əvvəlcədən 180-190 C kimi qızdırılmış sobada bişirilir.
10. Soyuyandan sonra piroqu şəkər pudrası, şokolad, doğranmış qozla və s. ilə bəzəyirik.
Nuş olsun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ