Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
ƏRƏB GECƏSİ tortu

ƏRƏB GECƏSİ tortu

ƏRƏB GECƏSİ tortu



Bu tortu qonaqlarınıza təklif etdikdə, mütləq onlara tortun tərkibi haqqında sual verin.
Cavablar sizi təəcübləndirəcək.


Xəmir üçün:

- 300 qr xurma (təzə, yumşaq və "ətli" olmalıdır)
- 1,5 ç.q. soda
- 1 stəkan şəkər tozu
- 1 ədəd yumurta
- 2 stəkan un
- 100 qr kərə yağı


Krem üçün:

- 1 banka qatılaşdırılmış süd ("squşonka")
- 250 qr kərə yağı
- 1 paket vanilli şəkər tozu
- 1/2 stəkan qoz
Tortun üzərini bəzəmək üçün 100 qr tünd şokolad.


Hazırlanması:

1. Xurmanın çəyirdəklərini çıxardın, doğrayın, üzərinə 1 ç.q. soda və 1 stəkan qaynar su tökün, qapaq qoyun və 20 dəqiqə saxlayın.
2. Xurmanı blenderlə əzin, şəkər tozu, yumşaq kərə yağı, çalınmış yumurta əlavə edin, yaxşı qarışdırın.
3. Unu ələyin, kütləyə əlavə edin, sodanın üzərinə limon şirəsini sıxın, xəmirə əlavə edin. Xəmiri yoğurun.
4. Xəmiri 2 hissəyə bölün, 2 formaya kərə yağı çəkin, xəmir qoyun və qabaqcadan 180 C qədər qızdırılmış sobada 20 dəqiqə bişirin.
5. Korjları soyudun.
6. Qatılaşdırılmış südü yumşalmış kərə yağı ilə yaxşı çalın, vanilli şəkər tozu əlavə edin, qarışdırın
7. Korja qalın layla krem çəkin, üzərinə doğranmış qoz səpin, ikinci korj qoyun, üzərinə və böyürlərinə nazik layla krem çəkin.
8. Şokoladı su hamamında əridin və tortun üzərində istədiyiniz ornamentlər çəkin.

Nuş olsun








SENINEM от 5 avqust 2016 02:32
COXXX SAOL GOZEL GORSENIR
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ