Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dərini hamar edən və ağardan kartof maskası
  • Facebook
  • Twitter
  • ► Qadın / Qadın gözəlliyi / Qadın sağlamlığı
  • Baxis 1 034
  • 27-04-2020, 22:30

Dərini hamar edən və ağardan kartof maskası

Dərinin hamar və sağlam görünməsi üçün kimyəvi məhsullar yerinə kartofdan istifadə edə bilərsiniz.

Kartofun qabığını soyun və sürtgəcin xırda hissəsindən keçirin. Sonra suyunu süzüb onunla üzünüzü yuyun. Sürtgəcdən keçirilmiş kartofu isə burun üzərinə və ya gözaltına qoyub bir müddət saxlayın.

Daha sonra üzünüzü su ilə yuyub təmizləyin. Maskanı həftədə 3 dəfə tətbiq edə bilərsiniz. Həmçinin süzülmüş kartof suyunu buz qəliblərinə tökərək dondura, daha sonra maska və ya üz təmizləyici vasitə kimi istifadə edə bilərsiniz.

Maskanın heç bir əks göstərişi yoxdur, lakin həssas dəriyə maliksinizsə, maskanı əvvəlcə qolunuzda sınaqdan keçirin.

Dəriyə faydaları

Təbii pilinq təsiri ilə dərini ölü hüceyrələrdən arındırır. Cildi nəmləndirdiyi üçün quru dərilərin elastikliyini bərpa edir. Gözaltı qaralığı və dəri ləkələrini azaldır. Həmçinin gözaltı şişkinliyini yox edir.

Antibakterial xassəli olduğu üçün sızanaq müalicəsində effektiv təsir göstərir.

Məsamələrini daraldır və dərinin daha güclü görünməsini təmin edir.

Dərinin rəngni ağardır. (publika.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ