Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Hamilələrin diqqətinə!
Hamilələrin diqqətinə!
loading...
Hamilələrin diqqətinə!


Sirr deyil ki, hamiləlik zamanı qidalanma körpənin sağlam dünyaya gəlməsi üçün vacibdir. Ananın körpəni əmizdirdiyi dövr də ən azı hamiləlik qədər əhəmiyyətlidir. Bir uşağın böyümə və inkişafı dövründə qəbul etməsi lazım olan ən vacib qida ana südüdür. Ona görə ananın özünün də kifayət qədər süd içməsi və qidalanmasına diqqət yetirməsi vacibdir.

lunar.az istinadən ana olmağa hazırlaşan xanımlara yeyilməsi vacib qidalar haqda məlumatları təqdim edir.

Körpələrin qidalanmasında əvəzsiz rol oynayan ana südünün daha keyfiyyətli və doyurucu olması üçün qadınlar gündəlik menyularında qatıq, yumurta, yulaf əzməsi, süd, ayran, ton balığı, soya lobyası, razyana, qara buğdalılar, yağlı çərəzlər, ispanaq daxil olmaqla yaşıl yarpaqlılar, balqabaq, mineral su daxil etməlidirlər.

Qatıq

Tərkibindəki mükəmməl kalsium, fosfor miqdarı baxımından vazkeçilməz qida olan qatıq həm ananın uşağı ilə paylaşdığı mineral deposunu təmin edir, həm də körpənin sümük və diş sağlamlığı üçün son dərəcə vacib rol oynayır. Ananın enerji ehtiyacına əsasən gün ərzində 2-3 stəkan qatıq yeməsi vacibdir.

Yumurta

Tərkibindəki zəngin A, C, E vitamini, yod, fosfor və sink kimi mineralları baxımından ən vacib və keyfiyyətli protein qaynaqlarından biri də yumurtadır.

Yulaf əzməsi

Uşağın beyin inkişafına müsbət təsir edən, ana südünün keyfiyyətinə dəstək verən yulaf əzməsi hamilə qadının özünü daha enerjili hiss etməsini təmin edir və südü artırır. Bitki əhəmiyyətli protein və posa ilə zəngin olan yulaf əzməsi həzm sistemini nizama salır. Körpəsini sakit formada əmizdirmək istəyən analar axsam yeməyindən sonra yulaf əzməsi ilə qatıq yeyə bilərlər.

Ayran - süd

Ana südünü artırmağın ilk yolu maye qəbulunu artırmaqdır. Bu mayelərə ən vacib protein qaynağı olan və kalsiumla zəngin süd və ayran başçılıq edir. Südü yağsız, ayranı isə yağsız və duzsuz için.

Ton balığı

Ton və somon balığı Omega 3 və protein qaynağıdır. Körpənin beyin inkişafını dəstəkləyir, ana üçün isə əmizdirmə müddətində stresdən qoruyur.

Soya lobyası

B qrupu vitaminləri və posadan zəngin olan soya həzm sistemini nizama salır, qan şəkərinin idarə olunmasını təmin edir və bol miqdarda bitki tərkibli protein tərkiblidir. Qaynadıb tünd yaşıl yarpaqlı tərəvəzlərlə qarışdırıb salat formasında yeyə bilərsiniz.

Qara buğdalılar

Aşağı qlisemik indeksinə və yüksək posa miqdarına malikdir. Qan şəkərinin idarə olunmasını təmin edir, həzm sistemi funksiyalarını yaxşılaşdırır. Qara buğdalıları tərəvəz yeməklərində, salatlarda və plov kimi yeyə bilərsiniz. Qara buğdalı bitkini bişirərək içərisinə 1 çay qaşığı bal qoyun və yeyin. Bu sizin şirniyyat ehtiyacınızı ödəyəcək və südünüzü artıracaq.

Qoz, fındıq

Qoz, fındıq, badam kimi yağlı çərəzlər zəngin yağ turşusu, vitamin, mineral birləşməsi baxımından mühüm qidalar sırasında yer alır. Ananın qidalanmasında yağ asidi birləşməsində önəm verilməsi və südün daha keyfiyyətli olmasına, eləcə də körpənin sinir sisteminin inkişafına dəstək olur.

İspanaq və yaşıl yarpaqlılar

Yaşıl yarpaqlılar əmizdirmə müddətində ana və körpəyə lazım olan dəmir, kalsium və fol turşusu tərkiblidir. Çiy və ya bişmiş olaraq yemək olar. Yeməklərin içərisində də mütləq yaşıl yarpaqlılardan istifadə edin.

Razyana

Hormon dəyişikliklərinə yol açan maddələrlə zəngin razyana ana südü üçün lazım olan estrogen və prolaktin hormonlarının istehsalını artırır. Bu, həm ana, həm də körpəni rahatlandırır.

Soğan-sarımsaq

Ana südünü artıran ən yaxşı qidalar sırasında soğan-sarımsaq da yer alır. Süd istehsalına kömək olan birləşmələrlə zəngindir. Yemək və salatlarınızda bol-bol istifadə edin.

Su

Körpə əmizdirən ana südünü artırmaq üçün gün ərzində 2-3 litr su içməlidir. Əmizdirən zaman tərləyərkən itirdiyiniz elektrolitləri su ilə bərpa edə bilərsiniz.


loading...
loading...
(səs: )
Şərhlər: 1
Baxılıb: 0
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Offline
    SENINEM
    MARAQLIYDI SAOL
    7 августа 2016 01:28
    # 1
    yoxduu
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!