Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sağlam saçlar üçün vacib olan vitaminlər

Sağlam saçlar üçün vacib olan vitaminlər

Sağlam saçlar üçün vacib olan vitaminlər


Saçlarımızın sağlam şəkildə uzanması, tökülməməsi, qırılmaya məruz qalmaması və parlaqlığını itirməməsi üçün bir sıra vitaminləri nizamlı olaraq qidalar vasitəsilə qəbul etməliyik.

Saçların sağlamlığı üçün ən vacib vitaminlər:


E vitamini
Yeni saç hüceyrələrinin yaranması, olan hüceyrələrinsə daha da inkişaf etməsinə səbəb olan bu vitamin, orqanizmdə yetərincə olmadıqda saçlar gec uzanır, qırılır və tökülür. Ona görə də nəzərə alınmalıdır ki, buğda, yulaf, kahı, kərəviz, ispanaq, soya paxlası, qarğıdalı yağı, qoz, arı südü, tərə, qarğıdalı, cəfəri və kələm E vitamini mənbəyidir.

A vitamini
A vitamini saçların uzanmasına kömək edir. Bu vitaminin orqanizmdə əksikliyi saç tökülməsi, saç kökünün quruması və kəpək yaranmasına gətirib çıxarır. Yumurta sarısı, kartof, ispanaq, brokoli, kök və mərcimək A vitamini deposudur.

B vitaminləri qrupu
B3 vitamini qan dövranını nizamlayır. Bu vitamin orqanizmdə kifayət qədər olmadıqda saçlar gücsüzləşir, incəlir və daha tez tökülür. Ton balığı, toyuq, qırmızı ət B3 vitaminiylə zəngindir.
B7 vitamini saç üçün lazımi zülal , keratinin yaranmasında əsas rol oynayır. Yumurta sarısı, qaraciyər, yaşıl yarpaqlı tərəvəzlər, tut B7 vitamini qaynağıdır.
B9 (fol turşusu) saç əmələ gətirən hüceyrələrin yenilənməsini təmin edir, bu vitaminin çatışmazlığı zamanı isə saçlar gec uzanır. Portağal, brokoli və yaşıl yarpaqlı tərəvəzlərin tərkibi bu vitaminlə zəngindir.
B12 vitamini isə saç köklərini oksigenlə zənginləşdirir, kifayət qədər oksigenlə təmin edilməyən saç kökləri isə inkişaf etmir. Ən əhəmiyyətli B12 qaynağı qırmızı ətdir.

C vitamini
Saçlarda kollagenin yaranmasını tənzimləyən C vitamini çatışmazlığında saçlar tez qırılmağa başlayır, vizual olaraq da parlaqlığını itirir və gücsüz görünür. Bu vitaminlə bol olan məhsullar: Portağal, qreyfrut, naringi, kivi, brokoli, çiyələk və pomidor.








BANDITKA от 9 aprel 2016 20:36
Tesekkureler xebere gore....
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ