Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Həqiqətlə ömür eləmək çətindir

Həqiqətlə ömür eləmək çətindir

Kimi varidat yığır özünə demə
Kiminin nəciblik elə bəsiymiş
Dünyada ən çətin vəzifə demə
Əsl insan olmaq vəzifəsiymiş

Doğulmağa ya ölməyə nə varki
İnsan kimi qəhrəmanlıq çətindi
Lay lay ilə uyumağa nə varki
Anasız tək gecələmək çətindi

Can ay qardaş çağırmağa nə varki
Bax o canın özü olmaq çətindi
Kişilikdən dəm vurmağa nə varki
Çətin gündə kişi olmaq çətindi

Yalan ilə ömür etməyə nə var ki
Həqiqətlə ömür eləmək çətindi
Namərdliyi öyrətməyə nə var ki
İgidliyi öyrət görək,çətindi

Uşaq doğub törətməyə nə var ki
Əsl övlad yetişdirmək çətindi...








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ