Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
DOLANAN ZAMAN

DOLANAN ZAMAN

DOLANAN ZAMAN



Könül paralanır könül sarsılır,
Kiməsə güvənib inanan zaman.
Bəzən elə olur,yanıb odlanır,
Arzular puç olub sarsılan zaman.


Yaman qəribədi eniş yoxuşu,
Alır bir andaça ağılı huşu,
Gözündə əks olur biran duruşu,
Eşqin musiqisi çalınan zaman.


Gözlərim yaşardı gözlərim doldu,
Bilmirəm getdiyim yolum nə yoldu,
Ağlım əllərində əsirdi quldu,
Qəlbim zəbt olunub alınan zaman.


Deyirlər məhəbbət olur müxtəlif,
Röyada gördümki bir çiçək dərif,
Gedirəm görüşünə görüşə gəlib,
Dan yeri ağarıb açılan zaman.


Məçnundan betəri oldum ağızda,
Eylədim sevgimi bəyan kağızda,
Mənim sözlərimi duyan O qızda,
Gözüm var burada dolanan zaman.


MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ