Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Artıq düşündüyün adam deyiləm

Artıq düşündüyün adam deyiləm

Artıq düşündüyün adam deyiləm



Aldanmam hər şirin sözünə sənin
Daha görsənmərəm gözünə sənin
Röyana gələrəm düşünmə sənin
Artıq dqşündüyün adam deyiləm.


Fəsil deyiləm ki dəyişkən olam,
Bulud deyiləm ki boşalam dolam,
Bir vaxtlar gəlmişdim yadında qalam,
Artıq düşündüyün adam deyiləm.


Baxışın cox şeylər danışdı mənə,
Ayrılıq hicranda tanışdı mənə,
Kim nə deyirsə qoy desin mənə
Artıq düşündüyün adam deyiləm.


Vaxt vardı nələri səncün edərdim,
Yolunda canımı qurban verərdim,
Görürsən var ikən cismən dəyişdim
Artıq düşündüyün adam deyiləm.



Sormaki o vaxtki vədələr hanı,
Bu gündən sən onu beləcə tanı,
Seymurun sözündə olmaz nöqsanı,
Artıq düşündüyün adam deyiləm.


MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ