Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Çinayət yazılıb hansı qanunda

Çinayət yazılıb hansı qanunda

Çinayət yazılıb hansı qanunda



Gəl qanun naminə eyləyim aşkar,
Sirrimi məhkum sevda yolunda,
Nə vaxtdan olub sevən günahkar,
Çinayət yazılıb hansı qanunda..

Hüququm qoy olsun əlində sənin
Qoxlayım telinin ətrini cəkim
Alnında öpsəmdə bəsimdi bəsim
Sora nə olursa olsun sonunda..


Ədalət naminə söz versin hakim
Deyəcəm bitməz- tükənməz sevgim
Məcəlləm səninlə sonu maddəmin
Ömürlük cəkərəm vallah yolunda..


Müəllif : SEYMUR SÖNMƏZ PAŞAYEV








Aydan от 7 sentyabr 2016 20:55
gewengdi sagolun davamli olsun
--------------------
Xanimcik от 8 sentyabr 2016 10:41
coox gozel weirdi
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ