loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Sən məni heç zaman başa düşmədin.
Sən məni heç zaman başa düşmədin.
loading...
Sən məni heç zaman başa düşmədin.



Sən məni heç zaman başa düşmədin.
Bilmədin mən sənə doğmayam,yadam.
Bir dəfə dərindən fikirləşmədin,
Məndən nə istəyir axı bu adam?

İllərdir tanışsan mənə elə bil,
Sənə bu tanışlıq asandan asan,
Adını söyləmək təqdimat deyil,
Sən özün-özünü tanımamısan..

Bəlkə də bu addım çox tezdir hələ,
Gəl sənə özünü tanıdım bir az.
Gecə də,gündüz də danışsam belə,
Qorxuram kəlmələr yetərli olmaz..

Mən sənin qəlbinə çox uzaq biri.
Sən mənim qəlbimin ilk məhəbbəti,
Mən sənin ömrünün təsadüfləri,
Sən mənim ömrümün tək həqiqəti..

Mən səni hər dəfə görərkən ölən,
Qəmini ürəkdə daşıyan biri,
Sən isə sevinən,danışan, gülən,
Özü-öz kefində yaşayan biri..

Mən necə söyləyə bilmirəm axı?
Sən mənim həsrətim,dərdim-sərimsən.
Mən sənin gördüyün ən şirin yuxu,
Sən mənim yuxusuz gecələrimsən..

İndi öz-özünü tanıdın sən də...
Ey məni yaşadan,öldürən adam.
Min il də yaşasam zillət içində,
Mən bu tanışlığa yenə də şadam..



loading...
loading...
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 684
loading...





  • Foto.Lunar.az
    Offline
    MeLeK
    Cox tesekkurler maraqli paylasim ucun...minnetdaram...
    24 sentyabr 2016 11:53
    # 1
    İnformasiya
    Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2020. Bütün hüquqlar qorunur!