Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kərbəla düzündə bir qız ağlayır.

Kərbəla düzündə bir qız ağlayır.

Kərbəla düzündə bir qız ağlayır.



Yezidin sınaydı qolu həmin an
O,idi məzlumu yandıran yaxan
Əlamdar verirdi yerindəcə can
Şiənin qəlbini daim dağlayır
Kərbəla düzündə bir qız ağlayır.

Kürəyi oxlara tüş gələn ağam
Sonadək dediki ölmədim sağam
At üstdə düşmənə hey qənim olan
Köynəyi qırmızı qanda cağlayır,
Kərbəla düzündə bir qız ağlayır.

Dəhşətli an idi,dəhşətli aman
Keşkə yetişəydi imami Zaman
Hüseynim əlində qılıncı qalxan
Şərəflə sonunda gözün bağlayır
Kərbəla düzündə bir qız ağlayır.


Yetişən olmayır haray kamına
Məhəldə qoymurlar körpə ahına
Nəhlət yezitlərin nəhlət zatına
Rüqayyə səsləyir hey sorağlayır
Kərbəla düzündə bir qız ağlayır.

Müəllif:Seymur Sönməz Paşayev
31.08.2016










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ