Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sən ağlama, mən ağlayım, gözəlim!...

Sən ağlama, mən ağlayım, gözəlim!...

Sən ağlama, mən ağlayım, gözəlim!...

Mən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər, gül yanağın soldusa,
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, mən ağlayım, gözəlim!

Uğrunda olmuş ikən sərsəri
Mən öpmədən o qıvırcıq telləri,
Dağıtdısa təbiətin yelləri,
Sən ağlama, mən ağlayım, gözəlim!

Hanı sənin hər eşqinə, hər gəncə
Eşq oxuyan qəlbin, sönmüşdür məncə,
Bulmayırsa qəlbin artıq əyləncə,
Sən ağlama, mən ağlayım, gözəlim!

Bir quş idim gecə-gündüz sizlərə,
Yazıq, məni güldürmədin bir kərə...
Baxıb indi alındakı izlərə
Sən ağlama, mən ağlayım, gözəlim!

Mən baxarkən sən vurduğun yaraya,
İndi zalım fələk girdi araya...
Bax, xəstə qəlbimlə gəldim haraya,
Sən ağlama, mən ağlayım, gözəlim!
ƏHMƏD CAVAD...










Sadiqov от 6 avqust 2016 23:52
Ehmed Cavadin seirlerin beyenem o vaxti menle esgerlikde olanda mene bir seir yazmisdi tay oxumuram onu :love:
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ