Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gedənin...

Gedənin...

Gedənin...





Gedənin...
Öləziyir çırağı
Əriyir xatirəsi, əsarəti
Olmur cəsarəti
Gedənin...
Qanadı sınır
Zamanın qandallarında
Özünə ziyan olur
İçi içini yeyir
Mənasız inadlarında
Gedənin titrəyir dizləri
Dünyaya söykənə bilmir
Bir eşqi əliylə yıxıb gedibsə
Başqa bir ömürə güvənə bilmir
Gedənin özü gedir gözəlim
Ruhu məhbəs içində
Elə bilirsən ki getmək asandı?!
Çarəsiz qəfəs içində
Çırpınır canı
Düşündükcə o biri yanı
Ürəyinə xal düşür
Bir şirin xəyal düşür
Danışır
Barışır...
Gedənin ruhu ölür
Həsrətlə baxır ölənə
Gedənin...
Baxır gedənə!...
DİVANƏ...












İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ