Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ömrü uzatmağın ən pozitiv yolu: sevin!

Ömrü uzatmağın ən pozitiv yolu: sevin!

Sevgi həm ruha, həm ürəyə, həm də sağlamlığa faydalıdır. Başqa cür desək, bu qısa ömrü sevgisiz yaşamayın. Kimisə sevəndə ürəyimiz daha tez-tez döyünür, nəfəs alıb-verməmiz sürətlənir və damarlara qan daha çox toplanır. Beləliklə, beyin və digər orqanlar daha məhsuldar işləyir. Sevgi insanı gəncləşdirir.

Sevgi yaşa baxmır: yaşlı bir insan da sevəndə eyni reaksiyalar baş verir, daha yavaş işləyən ürək sürətlənməyə başlayır.

Sevginin yaxşılaşdırcı gücü: sevgi əvvəl sadəcə bir duyğu olaraq bilinirdi. Ancaq araşdırmalar sevginin bioloji və kimyəvi sirlərinin olduğunu açıqlayıb. Hətta aşiqlər xəstələndiyində daha tez sağala bilirlər. Səbəbi sevən ürəyin bədəndə daha çox qan toplaması və immunitetin güclənməsidir. İnsanın sevdiyi ilə əl-ələ gəzintisinin idmandan geri qalan bir yanı yoxdur.

Evlilik sevgini öldürmür: araşdırma zamanı sevdiyinin fotosuna baxan insanın beynində dopamin, endorfin və adrenalin səviyyələrində artım görülüb.
Dopamin səviyyəsi insana enerji verir. Araşdırma zamanı 20 il evli olan cütlüklərdə dopamin səviyyəsinin hələ də yeni aşiq olan cütlüklərlə eyni olduğu ortaya çıxıb.

Evlilik kişilərin ömrünü 7, qadınlarınkını isə 2 il uzadır. Sevgiylə qurulan ailə ömrü uzadır, infarkt riski azalır.
Ancaq sevilən insan itirildiyində infarkt riski 21 qat artır. Ayrılıq yaşandığında kortizol daha çoxalır, təzyiq artımı və kökəlməyə səbəb olur. Bədəndə su və duz tutumu artır. Ayrılıq sonrası gələn üzüntü, özünə qapanma, evdə oturma, hərəkətsiz yaşamaq və zərərli qidalanma ürək sağlamlığına mənfi təsir edir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ