Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Kişilər bu qoxuları çox bəyənir – XANIMLAR, NƏZƏRƏ ALIN
Kişilər bu qoxuları çox bəyənir – XANIMLAR, NƏZƏRƏ ALIN
loading...
Gözəlliyinizə, xarici görünüşünüzə əhəmiyyət verdiyiniz kimi, ətir seçərkən də bu qədər həssas davranırsınızmı? Xoşlandığınız şəxsə təsir etmək üçün öncə qoxunuzla iz buraxmağınız lazımdır. Kişilər qoxu mövzusunda qadınlara nisbətən çox daha diqqətlidirlər. Onları qarşı cinsdə təsirləndirən ilk şey qoxudur. Lunar.az kişilərin bəyəndiyi qoxuları diqqətinizə çatdırır.

Darçın qoxusu

Darçın qoxusunun zehin yorğunluğuna fayda verən və fiziki yorğunluğu götürən bir aroması var. Buna görə kişilər bu cür ətir istifadə edən qadınların yanında rahat hiss etdiyinin fərqinə varacaq. Beləliklə, bir addım daha yaxınlaşacaq. Darçın qoxusunun konsentrasiya artırma özəlliyi isə sizin üçün başqa bir fürsət ola bilər.

Yasəmən qoxusu

Narahatlıq, gərginlik kimi duyğuları azaldır. Özəl həyatınızda qarşı tərəflə daha sakit bir əlaqə yaratmağınıza kömək edir. Həmçinin yasəmən qoxusunun kişilər üzərindəki ən böyük təsiri empati duyğularını artırmaqdır. Bu vəziyyətdə bir-birinizi daha yaxşı anlaya bilərsiniz. Yasəmən qoxusunun verdiyi özünə güvən, qarşı tərəfə çox daha asan təsir etməyinizə şərait yaradar.

Lavanta qoxusu

Şampundan sabuna qədər hər yerdə istifadə edilən lavanta qoxusu ətirlər içində ən çox seçilən esanslar arasındadır. Cinsi xəbərdaredici olaraq bilinən lavanta qoxusu kişini sürətli şəkildə təsiri altına alacaq.

Sandal ağacı qoxusu

Kişilər bu qoxunu duyduqlarında qarşısındakı qadının tam olaraq özündən əmin, nə istədiyini bilən biri olduğunu düşünür. Qarşı tərəf zaman-zaman özünə güvənən qadınlardan çəkinsə də, ayaqları üstündə duran qadınlardan hər zaman xoşlanırlar.

Çobanyastığı qoxusu

Çobanyastığı qoxusu təsir altında buraxan bir qoxudur. Təbii antidepressant olması yönü ilə kişilərə təsir edər. Çünki axtardıqları daxili rahatlığı bu qoxuda tapacaqlar.
Kişilərin marağını çəkən qoxuları bilməyiniz lazım olduğu kimi, xoşlanmadıqları qoxuları da bilməyiniz sizin üçün faydalı olar.


Şokolad qoxusu


Şokoladı hər kəs sevsə də, qoxusu üçün eyni şeyi söyləmək mümkün deyil. Qoxu esansı olaraq çox ağır olan şokoladlı ətirlər kişilərin marağını çəkmir. Kişilər adətən daha rahatladıcı və daha sadə qoxulardan xoşlandıqları üçün şokolad onlara həddindən çox ağır gəlir.


Meyvə qoxusu


Bir çox ətirdə istifadə edilən meyvə aroması zaman-zaman gözəl olsa da, ağır olduqları üçün yanlış seçim ola bilir. Kişilər qoxuda sevimlilikdən çox cazibədarlıq və şəhvət yaxalamağa çalışırlar. Meyvə qoxuları ilə bunu təmin etmək olduqca çətindir. Buna görə xoşuna gəlmək istədiyiniz şəxslə ilk görüşmənizdə meyvə qoxulu ətirlərdən istifadə etməməlisiniz.


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 333
PAYLAŞ
loading...
loading...





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    loading...
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!