Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Güllərin rənglərinin mənası
Güllərin rənglərinin mənası
loading...


Çiçəklər arasında rəngarəng fonları olan güllərin rəngləri bir çox duyğuları əks etdirir.



Lunar.az güllərin rənglərinə görə mənalarını təqdim edir.

Qırmızı gül



Güllər arasında ən çox məşhur olan qırmızı qızılgül məhəbbət, sevgi deməkdir.



Sevgidən başqa cəsarət, təbrik, hörmət və təqdir deməkdir.

Ağ gül




Gəlin buketlərinin əvəzolunmazı ağ gül ismət və paklıq deməkdir.




Ağ gül yeni başlanğıc deməkdir.Bununla yanaşı dəfn mərasimlərində qarşıdakı insanın acısını anlamağı da təmsil edir.

Çəhrayı gül




Çəhrayı gül tonlarına görə fərqli mənalı var. Tünd çəhrayı gül minnətdarlıq və təqdir, açıq çəhrayı incəlik, nəzakət və simpatiya kimi mənaları verir.





Çəhrayı gül dost, qardaş və ailə üzvlərinə göndərilir. Eyni zamanda toy təşkillərində təşəkkür və təbrik mənasında da istifadə edilir.

Sarı gül




Sarı gül dostluğu təmsil edir. Mənası da «səninlə dost olduğuma xoşbəxtəm».




Sarı gülü yeni doğulmuş, yeni evlənən və yeni məzun olan şəxslərə göndərirlər.

Lavanda rəngi gül



Lavanda rəngi ilk baxışda məhəbbəti təmsil edir.

Bənövşəyi rəngdə gül



Bənövşəyi gül isə qarşıdaki insanın xüsusi və qiymətli olduğu deməkdir.

Narıncı rəngdə gül



Həvəs və sevinc deməkdir. Bir adamı yaxından tanımaq istəyirəm mənasını verir.

Mərcan rəngdə gül



Xoşbəxtliyi təmsil edir.

Şaftalı rəngi gül



Təşəkkür etmək və dostdan ötrü darıxmaq deməkdir. Eyni zamanda səmimiyyət və təvazökarlığı təmsil edir.

Mavi gül



Təbiətdə olmayan bir güldür. Təbii yolla əldə edilmədiyi üçün əlçatmaz, imkansız və sirli kimi məna verir.

Qara gül




Mavi gül kimi təbiətdə olmayan güldür. Qara kimi tanınan güllər çox tünd bənövşəyi və çox tünd qırmızıdır.

Güllərin rənglərinin mənası


loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 026
PAYLAŞ





  • Foto.Lunar.az
    Информация
    Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!