Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Android Silinən mesajları necə geri qaytara bilərik?

Android Silinən mesajları necə geri qaytara bilərik?

Android Silinən mesajları necə geri qaytara bilərik?


Gündəlik həyatımızda demək istədiyimiz və ya vacib məlumatları mesaj vasitəsilə çatdırırıq. Bu baxımdan mesajlar hər bir insanın həyatında mühüm yer tutur.

Bəzən ağıllı telefonlarınızda səhvən sildiyiniz və geri qaytarmaq istədiyiniz mesajlar olur. Bu mesajları qaytarmağın mümkün olmadığını düşünüb əhvalınızı korlamayın. Çünki Android telefonlarda silinən mesajları geri qaytarmaq mümkündür.

Silinən mesajları geri gətirməyin müxtəlif yolları var. Bu əməliyyatların köməyi ilə məlumatların çox hissəsini geri qaytarmağınız mümkündür.

Belə ki, Android əməliyyat sistemindəki mesajları geri qaytarmaq üçün "recovery" proqramlarından istifadə olunur. Bunların arasında ən çox Android Data Recovery və Coolmuster Android SMS+Contact Recovery daha çox istifadə olunur:

- Bu tip proqramlardan birini kompüterinizə yükləyin

- Cihazınızın “USB xəta düzəltmə rejimi”ni aktiv hala gətirin

- Cihazınızı USB kabeli ilə kompüterinizə birləşdirin

- Kömpüterdəki proqramda “Scan” əmri ilə məlumatlarınızı axtarışa verin

-Axtarış əməliyyatından sonra fayl bölməsindən “Messages və ya SMS”-ə daxil olun

-İstədiyiniz məlumatları seçərək “Recover” düyməsini basın və nəticəni öz gözlərinizlə görün.








BANDITKA от 3 iyul 2016 12:53
tewekkurler xebere gore
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ