Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Google’un Uşaqlar Üçün Yeni Versiyası: Kiddle

Google’un Uşaqlar Üçün Yeni Versiyası: Kiddle

Google’un Uşaqlar Üçün Yeni Versiyası: Kiddle


Xəbərlərin və girilən saytları filtrləşdirmək, uşaqları daima nəzarətdə saxlayaraq, onları lazımsız məlumatlardan qorumağa valideynlər vaxt və iş çoxluğu ucbatından heç də hər zaman müyəssər ola bilmir. Bir sözlə, bu asan başa gələn iş deyil və müasir həyatımızın probleminə çevrilmiş vəziyyətdədir. Bütün bunları nəzərə alan internet nəhəngi Google yenə də orijinal yanaşma sərgiləyərək, bizə seçim azadlığı bəxş etdi. Şirkətin yeni xidməti Kiddle adlanır və bizim işlərimizi xeyli asanlaşdırır.


Əgər uşağınızın internetdə “zərərli” xəbərlərlə qarşılaşmasını istəmirsinizsə, bu yenilik də tam sizlikdir. Google təzəliklə yeni axtarış sistemini istifadəçilərə təqdim edtdi . Kiddle adlanacaq olan axtarış sisteminin Google’dan yeganə fərqi azyaşlı uşaqlara zərər verəcək məlumatları filtrləməsidir. Eyni zamanda görüntü də uşaqlara uyğun olaraq dəyişdirilib.

Axtarış ediləndə ekrana çıxan ilk üç məlumat uşaq-orientasiyalı məlumatlar olur. Daha sonra gələn Google axtarışı olsa da, bütün xəbərlər süzgəcdən keçirilir. Məsələn, Kiddle servisini test etmək üçün axtarışa “boobs” yazdığımızda ekranda “əsəbi robot” peyda olur və bizə düzgün sözlər axtarmadığımız mövzusunda xəbərdarlıq edir.


Məsələn uşağınızın Justin Bieber barədə məlumat əldə etmək istədiyini götürək. Ancaq siz övladınızın Justin Bieber’in çılpaq fotolarını görməyini istəmirsizsə bu xidmət çox işinizə yaracaq. Kiddle sadəcə uşaqlara uyğun mətn və fotolar təklif edir.


İnternetin təbii ehtiyaca çevrildiyi müasir dövrdə uşaqların internetdən kənar qalmaması və eyni zamanda zərərli məlumatlardan uzaq durması üçün çox yararlı proqramdır.








Suzana от 10 mart 2016 12:49
Usaqlar balaca yasdan komputer telefonla oynur en yaxsisi qoymamaqdi amma buda pis fikir deyil
--------------------
Prinsesa от 10 mart 2016 23:06
Indiki uawwaqlar genclerden cox bilir.qurtdular ee ))
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ