Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gözəllik ilahəsi Merilyn Monroe’dan 15 güclü sitat

Gözəllik ilahəsi Merilyn Monroe’dan 15 güclü sitat

Gözəllik ilahəsi Merilyn Monroe’dan 15 güclü sitat


Ölümündən 54 il keçməsinə baxmayaraq Merilyn Monroe hələ də gözəlliylə bütün dünyada özündən bəhs etdirir. Onun adından bəhs edilərkən “Dünyanın 8-ci” möcüzəsi də deyirlər. Lakin, Monroe təkcə gözəl qadın deyildi, həm də hissləri və düşüncələriylə insanları özünə heyran qoymağı bacarırdı. Olduqca həssas olan bu gözəl qadın həm də iti ağla malik idi. Bunu onun düşüncələrindən də hiss edə bilərsiniz.

lunar.az sizə gözəllik ilahəsi hesab edilən.bu güclü qadının 15 məşhur sitatını təqdim edir:

1. Ağıllı qadın öpür – ancaq sevmir, eşidir – ancaq inanmır və ən əsası isə, tərk edilənə qədər özü birinci tərk edir.

2. Karyera mükəmməl şeydir. Ancaq soyuq gecələrdə o sizi isidə bilməz.

3. Hündürdaban ayaqqabını kimin kəşf etdiyini bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, dünyadakı bütün qadınlar həmin adama borcludur.


4. Kiminləsə bədbəxt olmaqdansa , tək qalmaq daha yaxşıdır.


5. Gözəl öpüş daha birinə də layiqdir.


6. Xoşbəxtlik pulda deyil, alış-verişdədir.


7. Hər zaman özünə inan. Əgər sən özünə inanmırsansa, başqasından sənə inanmasını necə gözləyə bilərsən?


8. Bütün kişilər eynidirlər. Sadəcə qadınlar onları fərqləndirə bilsinlər deyə fərqli simalara sahibdirlər.


9. Biz qadınların iki silahı var. Kirpiklərimiz üçün tuş və göz yaşlarımız. Təəssüf ki, hər ikisini eyni anda istifadə edə bilmirik.


10. Mənim şüarım – “Narahat olma, Narahat et.”


11. Qadının baxışı və dodaqları gözəl olmalıdır. Çünki baxışı ilə sevdiyini göstərir. Dodaqları ilə isə sevdiyini sübut edir.


12. Gözəllik- azadlıqdır.


13. Qadınlara bir cüt ayaqqabı verin və onlar bütün dünyanı fəth etsinlər.


14. Ər həmin şəxsdir ki, sənin doğum gününü xatırlamır. Lakin, yaşının neçə olduğunu demək imkanını heç vaxt əldən vermir.


15. Müvəffəqiyyət kürü kimidir. Dadlıdır, ancaq çox yesən ürəyin bulanar.










Prinsesa от 7 fevral 2016 17:42
xeber ucun tewekkuler
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ