Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Özüm üçün darıxmışam...

Özüm üçün darıxmışam...

Özüm üçün darıxmışam...

Ən böyük xəyalı
böyümək olan özüm üçün darıxmışam...
Böyüdüm, kiçilmək istədim,uşaqlaşmaq
yenə də uşaqlar kimi qəhqəhə çəkib
ürəkdən gülmək istədim...


Ən böyük istəyi
doyunca oynamaq olan özüm üçün darıxmışam
oynaya-oynaya böyüdüm
anladım ki özüm də bir oyuncaqmışam
Fil olub piyadaları sıradan çıxarmağıma
qürrələnərkən –Şahmatdakı kimi -
qüdrətli bir əlin oyuncağı olduğunu
anlamamışdım...


Ən ağır dərdi
yatmaq olan özüm ücün darıxmışam...
Böyüdüm,saxta laylalar belə yuxuya verdi məni
Elə dərindən yatdım ki
həyatın ən səs-küylü zəngləri belə oyada
bilmədi yatdım, qaldım
yox, yox, işə deyil, həyata gecikdim...

Ən böyük xəyanəti
dərsdən qaçmaq olan özüm üçün
darıxmışam...
İlk qaçışım çətin oldu,yadımdadı
Dərs mənə tərs gəldi qaçdım
indi həqiqətlərdən qaçdığım kimi...


Ən böyük cinayəti
qənddandan qənd oğurlamaq olan özüm üçün darıxmışam
Şirinlərdən xeyir gəlmədi heç zaman,
marça-marçla yediyim qəndlər dişlərimi çürüdüb, tökdü
günahı siçanın boynuna atdı atam,anam...


Ən böyük qorxusu
üst-başını bulamaq olan özüm üçün darıxmışam
anamdan elə qorxardım ki...
Böyüdüm, ruhumu buladım anam dinmədi,dinə bilmədi
dindi, bilmədim ölmüşdü...


Ən qəddarlığı
həyətdəki pişiyin ayaqlarını
biri-birinə bağlamaq olan özüm üçün darıxmışam
Elə məsum günahlarım var idi ki...
Böyüdüm
günahlarım ayaqlarımı bağladı
haqqa doğru gedə bilmədim...
Darıxmışam
Illər öncə itirdiyim o sevincli üzüm üçün darıxmışam
Sənin üçün məndən gedən
Səndə qalan özüm üçün darıxmışam...
Darıxmışam...


...Doğularkən ağlayırmışam deyərdi anam
Sənə mənim öyrətmədiyim yeganə şey
ağlamaqdı deyərdi...
Gülməyi isə sonradan mənə həyat öyrətdi
Və mənim ilk öyrəndiyim saxtakarlıq gülmək
oldu...










Esgeroov
Esgeroov от 25 fevral 2016 21:47
Ezyet Cekib Paylawrsiz Beyendim Elnize Saliq
Sadiqov от 14 mart 2016 13:48
Qeseng sozleri adami xeyalara aparir
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ