Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yumurta və salfetka ilə dərinizi belə gəncləşdirin

Yumurta və salfetka ilə dərinizi belə gəncləşdirin

Yumurta və salfetka ilə dərinizi belə gəncləşdirin


Qara nöqtələri təmizləmək üçün:


Yumurta və salfetkanın köməyi ilə qara nöqtələrdən azad olmaq mümkündür.

Yumurtanın sarısı və ağını bir-birindən ayırıb iki fərqli kasalara əlavə edin.

Daha sonra ağını çırpın və alnınıza, burnunuza və çənənizə sürtün. Yumurta sürtdüyünüz bölgələrin üzərinə incə salfetka ilə bağlayın və qurumasını gözləyin və ya fen vasitəsilə üzünüzdəki maskanı qurudun.

Salfetkalar quruduqdan sonra yavaşca üzünüzdən soyaraq çıxarın. Salfetkanın üzərində tükə bənzər şeylər görəcəksiniz, bunlar közənəklərinizi bağlayan kir və yağlardır.

Maskanın ikinci mərhələsi isə yumurta sarısıdır. Yumurta sarısını çırpın və üzünüzün hər tərəfinə sürtün. Göz və dodaq çevrənizə sürtməyin.

Yumurta sarısı üz dərinizdə şəffaf və parlaq maska kimi olacaq. Maska quruyana qədər gözləyin və daha sonra bol su ilə yuyun.

Yumurta sarısının tərkibindəki faydalı yağlar dərinizi nəmləndirəcək və qidalandıracaq.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ