Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Artıq avtomobillər piyadalarla danışa biləcək

Artıq avtomobillər piyadalarla danışa biləcək

Tesla avtomobilləri tezliklə piyadalarla danışa biləcək.

Lunar.az xəbər verir ki, sürücünün nəsə soruşmaq üçün pəncərəni açmasına ehtiyac olmayacaq.

Tesla şirkətinin rəhbəri İlon Mask özünün sosial şəbəkə səhifəsində elektromobillər üçün yeni funksiyanı elan etdi.

İlon Mask bildirdi:

“Tesla istədiyiniz halda insanlarla danışa biləcək. Bu, realdır”.

Göründüyü kimi, söhbət sürücünün pəncərə açmadan piyadalarla ünsiyyət qurma qabiliyyətindən, həmçinin arxa gediş barədə xəbərdarlıq kimi avtomatik mesajlardan gedir. Bunun üçün avtomobildəki xarici dinamiklər istifadə olunur.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ