Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Rənglər hansı mənanı verir?

Rənglər hansı mənanı verir?

Rənglərin hər mədəniyyətdə fərqli bir mənası var. Hətta hər kəsdə yaratdığı təsir, məna da fərqlidir. Çünki hər qadının özünü daha yaxşı ifadə etdiyini düşündüyü, içərisində özünü daha rahat olduğu rəng və ya rənglər var. Rəng mütəxəssislərinin xüsusi ilə ilk görüşdə seçdikləri geyimlərin rənglərinin yaratdığı təsirin vacib olduğunu vurğulayırlar.




Lunar.az axşam.az-a istinadən rənglərin mənaları haqqında məlumat verir:

Qara: Qadınların qara rəngi seçmələrinin səbəbi zəif görünmək istəkləridi. Qara əslində gücün və nüfuzun rəngidir. Vəzifəli insanlar gücü göstərdiyi üçün qara rəngi seçirlər. Moda sənayesində də qara çox sevilən rəngdir. Çünki qara çox yönümlü, dəyişkən, klassik və zərifdir.

Qara rəngə vurğun olan insanlar ümumilikdə özgüvənli, əzimli və qərarlı olurlar. Digər tərəfdən bu rəng inatçılığa və ehtirasa səbəb ola biləcək rəng olduğu üçün digərlərindən daha doğru zamanda və balanslı bir şəkildə istifadə etmək lazımdır. Qaranın soyuq və əlçatmaz göstərdiyini də unutmayın. Buna görə də universitetin ilk günü kimi zamanlarda başdan-ayağa qara rəng geyinməyin.



Ağ: Qadınlar qara rəngə nə qədər üstünlük verirlərsə, ağ rəngli geyimlərdən bir o qədər uzaq qaçırlar. Xüsusilə, artıq çəkilərini gizlətməyə çalışan qadınlar ağ rəngdən imtina edir.

Ağ rəng məsumiyyətin, təmizliyin və saflığın simvoludur. Rahatlıq və güvən verdiyi üçün gəlinliklər, həkimlərin formaları və hətta diqqət etsəniz bir çox dərman qutuları ağ rəngdə seçilir. Eynən qara kimi bütün rənglərlə uyğunlaşması onu moda sənayesində sevilənlərdən edir. Geyimlərində daha çox ağ rənglərdən istifadə edənlərin daha qətiyyətli, güvənilir və təmiz olduqları söylənilir. Hətta mütəxəssislər ağ rəngin insanı olduğundan daha cavan göstərdiyini və çox zaman makiyaj etməkdən daha təsirli olduğunu vurğulayır.



Qırmızı: Ehtiras qırmızının bir başqa adıdır. Əslində qara kimi gücün və əzmin simvoludur. Sevgi, ehtiras, güc, qəzəb, macəra bildiyiniz kimi ən çəkici, qışqırdıcı rəngdir. Diqqət çəkdiyi üçün reklamlarda çox istifadə olunur.
Qırmızı rəngli paltarları seçən insanların sağlam iradəli, güclü və realist insanlar olduğu söylənilir. Düzgün istifadə edildiyi zaman qırmızı rəng ilə həm çəkici, həm də güclü görünmək mümkündür.



Narıncı: Narıncı canlılığın, enerjinin, əyləncənin, səmimiyyətin və sağlamlığın simvoludur. Mütəxəssislər başdan-ayağa bu rəngə bürünməkdənsə, ayaqqabıda, çantada və ya aksesuarlarda bu rəngdən istifadə etməyin doğru olduğunu söyləyir. Narıncı rəngi sevən insanların hərəkətli, nəşəli və sosial münasibətləri güclü olduğu deyilir.



Sarı: Kefiniz yoxdursa və ya enerjiniz aşağıdırsa, sarı geyinməyiniz məsləhətdir. Çünki insana sevinc və enerji verməsi ilə bilinir. Sarı xoşbəxtliyin, günəşin, aydınlığın və yaradıcılığın rəngidir. Buna görə də fosforlu qələmlər və blaknotlar çox vaxt sarı olur.

Sarı rəng zehni fəaliyyəti artıran və insana cəsarət verən bir təsirə sahibdir. Bu səbəbdən idarəçilik işlərində müvəffəqiyyətli olan insanların sarını sevməyi təəccüblü deyil. Sarını sevən insanların nəzarət etməyi sevdiklərini desək yanılmarıq. Çünki diqqəti cəlb etməkdən və hər şeyi idarə etməkdən xoşları gəlir.



Yaşıl: İnsana rahatlıq, güvən verən bir rəng olmaqla yanaşı yeniliyin, ümidin, cavanlaşmağın və yenidən doğulmağın tərənnümüdür. Yaşıl rəngi sevən insanlar xətalarını görməyən, pul üçün yaşayan, lüks həyata maraqlı olduqları deyilir.



Mavi: Səma və dəniz rəngi olan mavi sədaqət, barış, rahatlıq ilə bağlıdır. Açıq mavi yaradıcı, xəyal gücü yüksək, problemləri həll etmək mövzusunda bacarıqlı insanların rəngidir. Mavi geyindiyiniz zaman ətrafınızdakı insanlara rahatlıq və hüzur hissi verəcəksiniz. Xüsusilə, iş görüşləri zamanı ən uyğun rəng mavidir.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ