Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kia Stinger modelini yenilənmə gözləyir - FOTO

Kia Stinger modelini yenilənmə gözləyir - FOTO

Stinger modelinin çox da yüksək olmayan satışlarını yenidən canlandırmaq üçün, Kia şirkəti liftbeki yeniləmək qərarına gəlib. The Korean Car Blog nəşri yenilənmədən sonra Stinget GT modelinin təchiz edildiyi 3,3-litrlik V6 mühərrikinin təkmilləşdiriləcəyini aydınlaşdırıb. İlkin məlumata görə, mühərrikin gücü 370 at qüvvəsindən 385 at qüvvəsinə qədər artırılacaqdır.

Mühərrikin gücünun artırılması ilə yanaşı, digər yeniliklərin də gözlənilir. Məsələn, Stinger səs intensivliyini tənzimləmək funksiyası olan səsboğucu sistemi, 10,25-düymlük rəqəmsal cihazlar panelinə və multimedia sisteminin eyni ölçülü displeyinə sahib ola bilər.

Yenilənmiş Kia Stinger modelinin cari ilin yay aylarında təqdim ediləcəyi gözlənilir. Yenilənmiş liftbek ilkin olaraq Cənubi Koreyada, sonra isə digər ölkələrdə satışa çıxarılacaqdır.












İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ