Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Usaqlarda Alargeyanin səbəbi

Usaqlarda Alargeyanin səbəbi

Usaqlarda Alargeyanin səbəbi


Allergiya - immun sisteminin xarici faktorlara qarşı yüksəlmiş reaksiyasıdır. Bu faktorlar yeniallergenlər orqanizmlə təmasda olduqda çoxlu miqdarda antitellər və ya limfositler sintez olunur. Antitellərin işi allergenləri neytrallashdirmaqdir. Bu normal bir prosesdir. İmmun sisteminin funksiyası pozulduqda bu idarə olunmaz hala gəlir. Yəni immun sistemi tamamilə zərərsiz olan faktorları zərərli faktor kimi qəbul edir. Bu da orqanizmin güclü reaksiyasına səbəb olur. Allergik reaksiyalar 3 mərhələdə gedir. İlkin mərhələdə orqanizmin sensibilizasiyası və antitellerin sintezi baş verir. 2-ci mərhələdə histamin və histaminə bənzər maddələr sintez olunur. 3dövr klinik əlamətlər dövrüdür. İmmun sisteminin funksiyasının pozulması orqanizmdə ciddi sistem pozgunlugunun oldugunu gostərir. İmmun disfunksiya orqanizmdə metabolik proseslər pozulduqda, böyrəklərin, qaraciyərin, mədə-bağirsaq sisteminin, endokrin sisteminin(mədəaltıvəz, qalxanabənzərvəz), baş beyinin requlyator funksiyalarının pozulması nəticəsində də baş verir.Allergik xəstəliklərə meyillilik irsi xarakter dashiyir. Valideynlərdən biri xəstədirsə 25%, hər ikisi xəstədirsə 70-80% hallarda uşaqlarda allergiyalar meydana çıxır. Müxtəlif insanlarda allergenlər indivudal olur. Hansı ki, sağlam adamlarda heç bir reaksiya törətmir. Sitrus meyvələri, baliq məhsulları, toz, tozcuqlar, müxtəlif kimyəvi dərman preparatları, bəzən orqanizmin öz toxuması ola bilir(əsasən qiğirdaq toxuması). Allergik reaksiyaları söndürdükdə xəstəlik simptomatik olaraq sönmüş olur.
Bu zaman daxildə gedən proseslər daha da dərinləşir və müxtəlif xəstəliklərin meydana çixmasına səbəb olur. Ona görə də allergiyanı müalicə etdikdə ilkin səbəblər aşkar olunmalı, drenaj orqanların (mədə-bağırsaq sistemi, qara ciyər, bronxlar, ifrazat sisteminin) funksiyasi yoxlanılmalıdır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ