Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
“Çuğundur şirəsi uşağın qanını artırmır” – PEDİATRDAN VACİB TÖVSİYƏ

“Çuğundur şirəsi uşağın qanını artırmır” – PEDİATRDAN VACİB TÖVSİYƏ

Qan insan həyatı üçün lazım olan ən vacib şərtlərdən biridir. Qan azlığından bir çox insan əziyyət çəkir. Xüsusilə də uşaqlarda qan azlığı müxtəlif problemlər yaradır. Bu zaman isə valideynlər tərəfindən ən çox müraciət edilən müalicə üsulu qan azlığı olan uşaqlara çuğundur şirəsi verməkdir. Amma mütəxəssislər bu kimi vasitələrlə qanın çoxalmasının absurd olduğunu bildirirlər. Bəs qanı az olan uşaqlara hansı qidalar verilməlidir? Lunar.az pediatr Aytən İsmayılzadənin bu haqda fikirlərini diqqətinizə çatdırır.

Həkim deyir ki, əgər uşaqda qanazlığı varsa , hemoqlobin 100 q/l-dən azdırsa, bu, çuğundur-alma şirəsi ilə artan deyil. Körpə uşaqlar üçünsə ümumiyyətlə, bu şirə münasib seçim deyil. Mütləq dəmir preparatı təyin olunmalıdır: “Qanazlığının, anemiyanın müalicəsi zamanı təyin olunan dəmir preparatı isə ən az 3 ay müddətində verilməlidir ki, dəmir deposu da tam olsun. Dəmir preparatı kalsium, sink tərkibli preparatlarla birgə qəbul edilməməlidir. Çünki onların qana keçmə kanalı birdir. Hansı qabağa düşə bilsə, o da keçəcək və dəmirin az keçməsi müalicənin effektini azaldacaq”.

A.İsmayılzadə bildirir ki, dəmir bədənimizdə oksigeni hüceyrəyə daşıya biləcək yeganə “nəqliyyat növüdür”: “Bir az loru dildə izah edim. Dəmir bədənimizdə oksigeni hüceyrəyə daşıya biləcək yeganə sürücüdür. Biz avtobus işləməyəndə metro ilə gedə bilirik, maşınımız xarab olanda taksi çağırırıq. Oksigen isə yalnız bir avtobusu gözləyir ki, mənzil başına - hüceyrəyə çatsın. Bu avtobusun adı eritrositdir (qırmızı qan hüceyrəsi), sürücüsü isə dəmirdir”.

Pediatrın sözlərinə görə, ən yaxşı dəmir mənbəyi qırmızı ət, qarabaşaq və keçibuynuzu bəhməzidir. Meyvə-tərəvəz o qədər deyil: “Uşaqlar aşağı hemoqlobinlə yaşamaq məcburiyyətində deyillər. Normal hemoqlobin normal dəmir, normal dəmir isə bol oksigenli yaşam deməkdir. Bol oksigen isə hər şeydir. Dediyim kimi, uşaqda qan azlığı varsa, düşünməyin ki, çuğundur-alma şirəsi içərək, keçəcək. Bunun üçün xüsusi müalicə təyin olunmalıdır. Amma dəmir preparatı verilməsinə baxmayaraq, uşaqda qanazlığı davam edərsə, bu zaman digər problemlər, məsələn, talassemiya kimi xəstəliklər araşdırılmalıdır”
//ailem.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ