Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Uşağınızda bu əlamətlər varsa... – DİQQƏT, YENİ VİRUS
Uşağınızda bu əlamətlər varsa... – DİQQƏT, YENİ VİRUS
loading...
Uşağınızda bu əlamətlər varsa... – DİQQƏT, YENİ VİRUS


“Son vaxtlar uşaqlar arasında yayılmış mədə-bağırsaq infeksiyalarına - kəskin qastroenteritlərə çox rast gəlinir. Uşaq yaşlarında mədə-bağırsaq pozğunluqlarının səbəbinin 90 faizi rotavirus infeksiyaları ilə bağlıdır. Yəni bunlar virus mənşəli xəstəliklərdir”.

Bunu Aile.lent.az-a açıqlamasında pediatr Günay Rəsulova deyib. Son vaxtlar uşaqlar arasında yayılan mədə-bağırsaq infeksiyalarından danışan həkim bu xəstəliyin qusma, ishal halları ilə müşahidə edildiyini bildirdi: “Hazırda bizə müraciət edən uşaqlarda da viral infeksiya ilə bağlı qastroenteritlər üstünlük təşkil edir. Amma bu, az hallarda bakterial mənşəli də ola bilər. Bunların simptomları isə tamamilə bir-birindən fərqlənir. Adətən ümumi simptomları ilk 49 saat qusma olur. Bəzən 7 günə qədər qusma halları ola bilər. Ardınca ishal və qarın ağrıları şikayətləri baş verir. Bu zaman biz problemə simptomatik yanaşırıq. Yəni qusma, işləmə simptomlarına əsasən müalicələr edirik. İlk növbədə susuzlaşmanın qarşısını alırıq, yüngül qidalanma təyin edirik. Sadəcə virus infeksiyasının başa çatma müddətini gözləyirik”.

Həkim deyir ki, bu problemin yanaşı ağırlaşmaları da müşahidə edə bilər. Bu halda isə müalicə sistemi dəyişdirilir: “Əgər yanaşı ağırlaşmalar müşahidə edilərsə, məsələn, uşağın nəcisində qan görəriksə, gücənmə olarsa, yüksək qızdırma baş verərsə və laboratuor analizlərin nəticələrinə də əsaslanaraq, bakterial infeksiya şübhəsi təsdiqlənərsə, həkimin təyinatı ilə antibiotik preparatları alına bilər. Amma virus infeksiyalarında antibiotiklə terapiyaya ehtiyac olmur. Sadəcə simptomatik müalicə ilə virusun qarşısı alınır. Körpə yaşlı uşaqlarda daha riskli olduğuna görə yaxşı olar ki, xəstəxana şəraitində həkim nəzarəti altında olsun. Amma böyük yaşlı uşaqlar ayaqda izlənilə bilər”.

G. Rəsulovanın sözlərinə görə, qastroenterit simptomları olan qusma və ishalı bəzən valideynlər qida zəhərlənmələrinin əlamətləri ilə çaş-baş salır. Ona görə də həkimə müraciət etmək vacibdir. Mütəxəssis ilk növbədə valideynlərə ayıq olmağı, qidalanma və dərman preparatlarına qarşı diqqətli olmağı məsləhət görür: “Valideynlər çox vaxt zəhərlənmədən qorxub təşvişə qapılırlar. Ümumiyyətlə, uşaqlara verilən qidalara qarşı son dərəcə diqqətli olmaq lazımdır. Alınma qidalarda istifadə tarixinə diqqət edilməlidir, saxlanma şəraitinə ciddi fikir verilməlidir. Çünki əlverişli şəraitdə saxlanılmayan qidaların qəbulu ilə bağlı olaraq uşaqlarda qastroenterit simptomları müşahidə edilə bilər. Yəni zəhərlənmədən qorunmaq lazımdır”.

Pediatr alınan dərman preparatlarının da saxlanma və istifadə qaydasına fikir verməyi tapşırır. Uşaqlarda qusma simptomları varsa, evdə yemək yeyib qusursa, yenidən uşağa qida verilməməlidir. Uşaq bir neçə saat ac dönəm keçirməlidir. Ac dönəmdən sonra bu simptomlar yenə davam edərsə, hərarət yüksələrsə və ya başqa əlamətlər olarsa, mütləq həkimə müraciət edilməlidir.


loading...
loading...
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 524





  • Foto.Lunar.az
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.
    Reklam
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2017. Bütün hüquqlar qorunur!